İranın uran ehtiyatı nüvə təhlükəsi yaratdı
İrana hücumdan aylar keçməsinə baxmayaraq hələ də agentliyin müfəttişlərinin ölkəyə girişi mümkün deyil.
Crossmedia.az xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbəri Rafael Qrossi açıqlayıb.
Onun sözlərinə görə, bombardmandan sonra yeraltı sahələrin altında qalan yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatı nəzəri baxımdan bir neçə nüvə bombası istehsalına imkan verir.
Qrossi bildirib ki, Nətənz, Fordo və İsfahandakı əsas zənginləşdirmə obyektlərinə müfəttişlərin girişinə icazə verilmir.
O, həmçinin vurğulayıb ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən İran uranı zənginləşdirməyə haqqı var.
Lakin zənginləşdirilmiş uranın başqa məqsədlərlə istifadəsinin qarşısını almaq üçün yoxlamalara icazə verilməlidir.
Müfəttişlər iyunun 13-də İsrailin bombardman kampaniyası zamanı İsfahanda yeni açıqlanan yeraltı qurğuya baxış keçirməyə çalışsalar da, bu mümkün olmayıb.
23:15 12.02.2026
Oxunuş sayı: 428