Parlamentdə panika: Ukraynada deputatlar niyə zəhərləndi?
Ukrayna Ali Radasında təxminən 20 deputatın zəhərlənməsi ilə bağlı həyəcanlı vəziyyət yaranıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, zəhərlənmiş şəxslərdə yüksək hərarət və ürəkbulanma simptomları müşahidə olunub.
Parlamentdən verilən açıqlamada hadisə ilə bağlı araşdırmalara başlanıldığı bildirilib.
Xüsusilə, Radanın yeməkxanasında yoxlamalar aparılır və zəhərlənmənin səbəbləri təyin edilməyə çalışılır.
20:54 12.02.2026
Oxunuş sayı: 602