Avropada valideynlərin favorit adı: “Məhəmməd”
Bir sıra böyük Avropa Birliyi və Böyük Britaniya şəhərlərində yeni doğulmuş körpələr arasında “Məhəmməd” adı ən populyar ad olub.
Crossmedia.az bu barədə "World of Statistics in X " ə istinadən xəbər verir.
Portalın məlumatına görə, bu ad London, Mançester, Berlin, Brüssel, Haaqa, Amsterdam və Osloda ilk sırada yer alır. Statistik göstəricilər valideynlər arasında bu adın getdikcə daha çox seçildiyini göstərir və demoqrafik dəyişikliklərin əlaməti hesab olunur.
Ekspertlər bildirirlər ki, bu tendensiya həm mədəni, həm də dini faktorlarla bağlıdır və yaxın gələcəkdə də davam edə bilər.
08:31 13.02.2026
Oxunuş sayı: 552