Pezeşkianın maaşı açıqlandı
Bu gün İran prezidenti Məsud Pezeşkian Gülüstan əyalətində tibbi xidmətlərlə bağlı keçirilən görüşdə aldığı əmək haqqı ilə bağlı diqqətçəkən açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. O, bildirib ki, milli valyutanın dəyərdən düşməsi səbəbindən aylıq gəliri təxminən 1000 dollar təşkil edir.
Pezeşkian qeyd edib ki, həkimlərin keyfiyyətli xidmət göstərə bilməsi üçün onların normal maaş alması vacibdir. “Əvvəllər həkim kimi ayda təxminən 6000 dollar qazanırdımsa, indi prezident kimi təxminən 1000 dollar maaş alıram”, – deyə o, vurğulayıb.
Pezeşkianın sözləri ölkədə davam edən devalvasiya və yüksək inflyasiya fonunda real gəlirlərin azalmasına diqqət çəkib. O, çıxışı zamanı həm tibb işçilərinin sosial vəziyyətini dəstəklədiyini, həm də ölkədəki iqtisadi çətinlikləri qabardıb.
18:25 12.02.2026
Oxunuş sayı: 614