Paşinyandan xarici səfirliklərə çağırış: Sünikə qoyulan məhdudiyyətlər ləğv edilsin
Ermənistanın Baş naziri Nikol Paşinyan xarici ölkələrin səfirliklərindən Ermənistanın sərhədyanı bölgələrinə, xüsusilə Sünik vilayətinə səfərlə bağlı məhdudiyyətləri aradan qaldırmağı gözlədiyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.
Bildirilir ki, Paşinyan hansı ölkələrin səfirliklərini nəzərdə tutduğunu dəqiqləşdirməyib. Lakin bu cür xəbərdarlıqlar daha çox Qərb ölkələrinin səfirlikləri tərəfindən yayılır.
Paşinyan qeyd edib: “Cənab Mirzoyan (Ermənistan Respublikasının XİN rəhbəri), bu səfirliklərlə işləmək lazımdır ki, onlar bunu ətalət (vərdiş) üzrə davam etdirməsinlər.”
Turqut Ansari
16:25 12.02.2026
Oxunuş sayı: 594