Xəbərdarlıq: Süni intellekt ciddi cinayətlər üçün istifadə oluna bilər
OpenAI və Anthropic şirkətlərinin bir sıra aparıcı mütəxəssisləri süni intellektlərin sürətli inkişafının yaratdığı risklər barədə xəbərdarlıq ediblər.
Crossmedia.az bu barədə "Axios"a istinadən xəbər verir.
Qeyd olunub ki, mütəxəssislər süni intellektin insan həyatına həddindən artıq inteqrasiyasının potensial təhlükələrini nəzərə almayan korporativ idarəetməyə etiraz olaraq istefa veriblər.
"Anthropic" şirkəti tərəfindən dərc edilmiş hesabatda süni intellektin kimyəvi silahların yaradılması da daxil olmaqla ciddi cinayətlər üçün potensial istifadə edilə biləcəyi vurğulanıb. Analitiklər, həmçinin avtonom süni intellekt sistemlərinin potensial təhlükə mənbəyi ola biləcəyini bildiriblər.
Mütəxəssislərin xəbərdarlıqları süni intellekt texnologiyalarının inkişafında etik və təhlükəsizlik standartlarının vacibliyini bir daha gündəmə gətirir.
15:56 12.02.2026
Oxunuş sayı: 552