Putinə yalnız bu şəxslər birbaşa zəng edə bilir
Kremlin açıqlamasına görə, Rusiya Prezidenti Vladimir Putinə yalnız Fransa Prezidenti Emmanuel Makron və Almaniya Kansleri Fridrix Mertz birbaşa zəng etmək imkanına malikdir.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumatda vurğulanır ki, Putin heç vaxt birbaşa dialoqdan imtina etməyib. Kremlin sözçüsü əlavə edib ki, bu yanaşma tərəflər arasında effektiv ünsiyyətin təmin olunması və müzakirələrin səmərəli aparılması üçün vacibdir.
Açıqlama Avropa liderlərinin Rusiya ilə diplomatik əlaqələrində Putinin rolunu yenidən gündəmə gətirib.
15:32 12.02.2026
Oxunuş sayı: 523