Trampdan sərt mesaj: İran nüvə razılaşmasına əməl etməsə…
ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlama verib.
Crossmedia.az bu barədə “Fox News” ə istinadən xəbər verir ki,Tehran Vaşinqtonla razılaşmaya getməlidir, əks halda bu, “axmaqcasına qərar” olar.
Tramp əlavə edib ki, ABŞ artıq İslam Respublikasının nüvə imkanlarını hədəf alıb, əlavə tədbirlərin görülüb-görülməyəcəyi barədə isə konkret mövqe açıqlamayıb. Prezident mümkün razılaşmanın qüvvədə qalma ehtimalına tam əmin olmadığını desə də, “uğurlu bir razılaşma” əldə etməyə üstünlük verdiyini vurğulayıb.
O, razılaşmanın İranın nüvə silahı əldə etməsini və raket proqramını məhdudlaşdırmalı, həmçinin Vaşinqtonun tələb etdiyi digər təhlükəsizlik şərtlərini əhatə etməli olduğunu qeyd edib.
10:45 11.02.2026
Oxunuş sayı: 386