Türkiyədə hökumətin tərkibində mühüm kadr dəyişiklikləri həyata keçirilib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.Prezidentin imzaladığı sərəncama əsasən, Ədliyyə və Daxili İşlər nazirliklərinə yeni təyinatlar olub.
Sərəncama əsasən, Ədliyyə naziri Yılmaz Tunç vəzifəsindən azad edilib. Onun yerinə bu vəzifəyə Akın Gürlek təyin olunub. Akın Gürlek bundan əvvəl İstanbul Cümhuriyyət Baş prokuroru kimi fəaliyyət göstərib.
Digər dəyişiklik isə Daxili İşlər Nazirliyində baş verib. Ali Yerlikaya daxili işlər naziri vəzifəsindən ayrılıb. Onun yerinə Mustafa Çiftçi təyin edilib. Mustafa Çiftçi bundan öncə Ərzurum Valisi vəzifəsində çalışıb.
Qeyd edək ki, həyata keçirilən dəyişikliklər Türkiyə hökumətində idarəetmənin yenilənməsi çərçivəsində qiymətləndirilir.