Netanyahu ABŞ-yə gedir: İranın regional təhlükəsi müzakirədə
İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşü zamanı İran məsələsini əsas müzakirə mövzularından biri kimi qaldıracağı gözlənilir.
Crossmedia.az bu barədə "CNN" ə istinadən xəbər verir ki,Netanyahu Vaşinqton və Tehran arasında mümkün razılaşma əldə olunsa belə, İsrailin İrana qarşı hərbi əməliyyat azadlığının qorunmasının vacibliyini vurğulayacaq. İsrail tərəfi hesab edir ki, İranın hərbi potensialı region üçün ciddi təhlükə olaraq qalır.İsrail rəsmilərinin qiymətləndirməsinə əsasən, Tehran yaxın həftələr və ya aylar ərzində 1800–2000 ədəd ballistik raketə sahib ola bilər. Bu isə İsrailin milli təhlükəsizliyi baxımından risklərin artması deməkdir.
Hazırda regionda artan gərginlik fonunda ABŞ və İran arasında mümkün diplomatik razılaşma ehtimalları müzakirə olunur. Bununla yanaşı, İsrail rəhbərliyi İranın hərbi imkanlarının genişlənməsinə qarşı sərt mövqeyini qoruyub saxlayır.
10:20 11.02.2026
Oxunuş sayı: 381