İrəvandan Moskvaya mesaj: Ermənistan Rusiya əleyhinə hərəkət etməyəcək
Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Rusiya ilə münasibətlərinə dair açıqlama verib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Paşinyan bildirib ki, Ermənistan heç vaxt Rusiyaya qarşı hərəkət etməyəcək və bu istiqamətdə hər hansı addım atmağa razı salınmayacaq.
Onun sözlərinə görə, heç bir qüvvə Ermənistanı Rusiya Federasiyasına qarşı mövqe tutmağa inandıra bilməz.
Bununla yanaşı, baş nazir vurğulayıb ki, Ermənistan bütün hallarda öz milli maraqlarından çıxış edəcək və xarici siyasətdə qərarlar məhz bu prinsip əsasında veriləcək.
Səriyyə Tağıyeva
23:12 10.02.2026
Oxunuş sayı: 558