Ölən şəxsin ailəsinə müavinət dərhal ödəniləcək
Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni qərarı ilə sosial sığorta müavinətlərinin təyinatında proaktiv dövr başlayır. Artıq vətəndaşların sənəd toplamaq və idarələrə müraciət etmək məcburiyyəti aradan qaldırılır. Yeni sistemlə artıq kağızlar deyil, rəqəmsal alqoritmlər danışacaq.
2026-cı ilin may ayından etibarən tətbiq olunacaq islahatın əsas hədəfi şəffaflığı artırmaq və vətəndaş məmnuniyyətini təmin etməkdir. Yenilik çərçivəsində 4 növ müavinət tamamilə elektronlaşdırılır:
Əmək qabiliyyətinin müvəqqəti itirilməsi (Bülleten): Xəstəlik vərəqələri birbaşa e-sistemə işlənəcək.
Hamiləlik və doğuş müavinəti: Doğuş qeydiyyatı ilə paralel olaraq təyinat avtomatik baş tutacaq.
Uşağın 3 yaşına qədər qulluğuna görə müavinət: Valideynin müraciətinə ehtiyac qalmadan proaktiv təyin ediləcək.
Dəfn üçün müavinət: Vəfat faktı qeydə alındığı an sistem tərəfindən emal olunacaq.
Proaktiv Təyinat Nə Deməkdir?
Proaktiv sistem o deməkdir ki, dövlət vətəndaşın hüququnun yarandığını elektron bazalar vasitəsilə özü müəyyən edir. Vətəndaşdan hər hansı bir ərizə və ya fiziki sənəd tələb olunmur; ödəniş birbaşa müvafiq hesaba yönləndirilir.
Bu islahat bürokratik prosedurları sıfıra endirərək, sosial təminat sistemini daha əlçatan və sürətli edəcək.
15:46 09.02.2026
Oxunuş sayı: 484