ABŞ: Azərbaycan və Ermənistan sülh anlaşmasının imzalanmasına yaxınlaşır
ABŞ Respublikaçı konqresmeni və Helsinki Komitəsinin sədri Co Vilson bildirib ki, Azərbaycan və Ermənistan sülh anlaşmasının yekun imzalanmasına çox yaxındır. Onun sözlərinə görə, bu imzalanmadan dərhal sonra Cənubi Qafqazda yeni bir dövr başlayacaq.
Crossmedia-az xəbər verir ki, Vilson qeyd edib ki, Prezident Tramp iki ölkə arasında sülh prosesinə xüsusi diqqət yetirir. Ötən ilin avqust ayında Vaşinqton bəyannaməsinin imzalanmasını xatırladan konqresmen, vitse-prezident Mayk Vensin həmin bəyannamənin icrasını sürətləndirmək məqsədilə regiona tarixi səfər edəcəyini vurğulayıb.
“Biz Cənubi Qafqazda tarixi bir mərhələdəyik. Bu uzaqgörənliyə və cəsarətə görə Azərbaycan prezidentinə və Ermənistan baş naziriə təşəkkür edirəm”, – deyə Vilson əlavə edib.
20:27 08.02.2026
Oxunuş sayı: 522