Hindistan İranın neft tankerlərini saxladı
Hindistan Sahil Mühafizəsi İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı İranla əlaqəli olduğu bildirilən üç neft tankeri saxlanılıb.
Crossmedia-az xəbər verir ki, Hindistan Hərbi Dəniz Qüvvələri beynəlxalq sanksiyaların pozulması və qanunsuz neft qaçaqmalçılığı şübhəsi ilə tankerləri ələ keçirib. Yerli media bu gəmilərin eyni şirkətə məxsus olduğunu və 2025-ci ildə ABŞ tərəfindən sanksiya siyahısına daxil edildiyini bildirib.
TankerTrackers analitik platformasının açıqlamasına əsasən, saxlanılan gəmilərin ABŞ sanksiyaları altında olan Stellar Ruby, Al Jafzia və Asphalt Star adlı tankerlər olduğu qeyd edilir.
Hadisə ilə bağlı rəsmi qurumların əlavə açıqlamaları gözlənilir.
20:37 08.02.2026
Oxunuş sayı: 700