Avropa Komissiyası SOCAR Terminalında birgə nəzarəti təsdiqlədi
Avropa Komissiyası Türkiyədəki SOCAR Terminalı üçün birgə nəzarət müqaviləsini təsdiqləyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Müqaviləyə görə, MSC Mediterranean Shipping Company və BlackRock tərəfindən idarə olunan "SOCAR Turkey Enerji A.Ş." və "Terminal Investment Switzerland Sàrl", "SOCAR Aliağa Liman İşletmeciliği A.Ş."-nin birgə nəzarətini əldə edəcəklər.
Müqavilə İzmirin Əliağa rayonundakı konteyner terminalı xidmətlərinə aiddir.
Avropa Komissiyası əməliyyatın Avropa İqtisadi Bölgəsinə məhdud təsiri səbəbindən rəqabət üçün risk yaratmadığını müəyyən edib və əməliyyatı sadələşdirilmiş prosedur çərçivəsində nəzərdən keçirib.
15:50 08.02.2026
Oxunuş sayı: 625