Durov: Sosial şəbəkə qadağalarını aşağı reytinqli siyasətçilər irəli sürür
Telegramın qurucusu Pavel Durov sosial şəbəkələrlə bağlı müzakirələrə münasibət bildirib.
Onun sözlərinə görə, dünyada ən aşağı ictimai dəstək reytinqinə malik olan məmurlar yeniyetmələr üçün sosial şəbəkələrin qadağan edilməsinin və “dezinformasiya” ilə mübarizənin ən fəal tərəfdarlarıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Durov qeyd edib ki, bu mövqeni dəstəkləyənlər sırasında Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın baş naziri Kir Starmer, Almaniyanın kansleri Fridrix Merts və İspaniyanın baş naziri Pedro Sançes kimi siyasətçilər var.
Onun fikrincə, sosial şəbəkələrə məhdudiyyətlər tətbiq etmək real problemlərin həlli deyil və söz azadlığına zərər vura bilər.
15:40 08.02.2026
Oxunuş sayı: 456