Əraqçı: İranın atom bombası böyük güclərə yox demək iradəsidir
İranın xarici işlər naziri Abbas Əraqçı bildirib ki, ölkəsinin dinc nüvə proqramı ilə bağlı yaranan bütün suallara cavab verməyə hazırdır və bu prosesin yeganə yolu diplomatiyadır.
Onun sözlərinə görə, alternativ üsullar nəticə verməyib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Əraqçı vurğulayıb ki, danışıqlar yalnız İran xalqının hüquqları tanındıqda və onlara hörmət edildikdə nəticə verə bilər.
Nazir qeyd edib ki, İran heç kimdən hüquqlarının tanınmasını istəmir, çünki bu hüquqlar artıq mövcuddur; əsas tələb onlara hörmət edilməsidir.
XİN rəhbəri bildirib ki, İran atom bombası əldə etməyə çalışmır.
Onun sözlərinə görə, İslam Respublikasının gücü böyük dövlətlərin təzyiqlərinə qarşı durmaq və onlara “yox” demək iradəsindən qaynaqlanır.
15:06 08.02.2026
Oxunuş sayı: 497