İran XİN rəhbərindən sərt ittiham: Qəzzada baş verənlər soyqırımdır
İranın xarici işlər naziri Abbas Əraqçi Fələstin məsələsi ilə bağlı sərt açıqlama verib.
Crossmedia.az xarci KİV-ə istinadən xəbər verir.
Bildirib ki, Qəzzada baş verənlər bərabər tərəflər arasında müharibə deyil, mülki əhalinin qəsdən məhv edilməsi və soyqırımıdır.
Onun sözlərinə görə, Fələstin məsələsi beynəlxalq hüququn effektivliyini yoxlayan əsas sınaqlardan biridir.
Nazir vurğulayıb ki, Fələstinlilərin yaşadıqları bu pozuntulara göz yuman və onları qəbul edən hər kəs üçün ciddi mənəvi uğursuzluqdur.
O, İsrailə verilən toxunulmazlığın beynəlxalq məhkəmə sisteminə ağır zərbə vurduğunu və regionda sabitliyi pozduğunu bildirib.
İran XİN rəhbəri xəbərdarlıq edib ki, əgər Qəzza məsələsi qovulma, işğal və dağıdılma yolu ilə həll edilsəydi, növbəti hədəf Qərb Sahili olardı.
Onun fikrincə, İsrailin mövcud siyasəti bütün Yaxın Şərq üçün təhlükəli nəticələr doğurur.
14:40 08.02.2026
Oxunuş sayı: 432