Türkiyənin “Amed” klubu kürd müqaviməti simvoluna görə cərimələnib
Türkiyənin “Amed” futbol klubu kürd müqavimətinin simvolu hesab edilən hörük toxuma videosu paylaşdığına görə 15 min avro məbləğində cərimə olunub və klub prezidentinə 15 günlük uzaqlaşdırma cəzası verilib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, qərar klubun sosial şəbəkələrdə paylaşımlarının siyasi məzmun daşıdığı və federasiya qaydalarına zidd olduğu əsaslandırılması ilə qəbul edilib.
“Amed” klubu əsasən kürdlərin yaşadığı Diyarbakır şəhərində fəaliyyət göstərir.
Qərar regionda müzakirələrə səbəb olub və sosial mediada geniş reaksiyalar doğurub.
Məlumata görə, hadisə Türkiyədə idman mühitində siyasi simvolların istifadəsi ilə bağlı davam edən gərginliyi bir daha gündəmə gətirib.
Türkan Kərimli
14:10 08.02.2026
Oxunuş sayı: 443