Rusiyalı idmançılar sanksiyalardan azad olacaq
Rusiyaya qarşı tətbiq olunan idman sanksiyaları ehtimal ki, sona yaxınlaşır.
Crossmedia.az xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
Bildirilib ki, Olimpiya Oyunlarının başlamasından əvvəl Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Kirsti Koventri qeyd edib ki, idman siyasətdən kənarda qalmalıdır. Onun sözlərinə görə, bu yanaşma idmançılara sərbəst və ədalətli yarış imkanı yaratmaq üçün vacibdir.
Koventri həmçinin vurğulayıb ki, idman vasitəsilə sülh və qarşılıqlı anlaşma təşviq edilməlidir, buna görə də siyasi təsirlərin yarışlara qarışmaması önəmlidir.
13:54 08.02.2026
Oxunuş sayı: 387