Kim Çen İn kənd təsərrüfatındakı vəziyyəti tənqid etdi
KXDR lideri Kim Çen In ölkənin kənd bölgələrinin vəziyyətini tənqid edərək bildirib ki, bu ərazilər hələ də yoxsulluq və tükənmişlik problemlərindən xilas ola bilməyib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, aqrar sektorun inkişafı bir çox hallarda formal xarakter daşıyıb və real işlər görülmək əvəzinə, yalnız bəzi yaşayış məntəqələrində simvolik abadlaşdırma tədbirləri həyata keçirilib.
Kim Çen In bu yanaşmanı "boş sözçülük" adlandıraraq vurğulayıb ki, real icra ilə müşayiət olunmayan siyasət sadəcə nəzəriyyə olaraq qalır.
Nigar Yahyazadə
13:36 08.02.2026
Oxunuş sayı: 424