İranda PJAK üzvlərinin həbsi: Təxribat ittihamı irəli sürülüb
İran hakimiyyəti Kürdüstan Azad Həyat Partiyasının (PJAK) 11 üzvü olduğu iddia edilən şəxsləri təxribat və ictimai təhlükəsizliyə təhdid planlaşdırmaqda ittiham edərək həbs edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılan şəxslərin PJAK üzvləri ilə birbaşa əlaqədə olduqları və planlaşdırdıqları fəaliyyətləri həyata keçirməzdən əvvəl SEPAH tərəfindən müəyyən edilərək tutulduqları bildirilir.
Məlumata görə, 2004-cü ildən İranın şimal-qərb bölgələrində rejimə qarşı silahlı mübarizə aparan PJAK-ın əsas bazaları qonşu İraq Kürdüstanında yerləşir.
İran tərəfi həbslərin ölkədə təhlükəsizliyin qorunması məqsədi daşıdığını vurğulayıb.
Türkan Kərimli
13:20 08.02.2026
Oxunuş sayı: 378