Trampın İranla danışıqları rejimi legitimləşdirir
Tramp administrasiyasının İranın ali rəhbəri Əli Xameneyinin nümayəndələri ilə apardığı danışıqlar, etirazçıların kütləvi şəkildə öldürüldüyü bir dövrdə Tehran rejiminin faktiki olaraq legitimləşdirilməsinə səbəb olub.
Crossmedia.az "Ynet" informasiya saytına istinadən xəbər verir.
Analitik hesabatda bu prosesin İran daxilində geniş qəzəb və panika yaratdığı qeyd olunur. Bir neçə həftə əvvəl ölkədə etirazçılara qarşı son illərin ən qanlı repressiyalarını həyata keçirən rejimlə birbaşa dialoq İran ictimaiyyəti tərəfindən ciddi narahatlıqla qarşılanıb.
Məqalədə vurğulanır ki, danışıqlar başlamazdan əvvəl İran hakimiyyəti ciddi təzyiq altındaydı: dərin iqtisadi böhran, milli valyutanın kəskin dəyər itirməsi, enerji çatışmazlığı və artan sosial narazılıq dekabrın sonundakı ümumxalq etirazlarını potensial dönüş nöqtəsinə çevirirdi.
Vaşinqtonun bu addımı Tehran rejiminə mövqelərini yenidən möhkəmləndirmək imkanı yaradıb və etirazçılar arasında böyük məyusluğa səbəb olub.
Türkan Kərimli
13:09 08.02.2026
Oxunuş sayı: 406