Almaniya kanslerinin reytinqi rekord dərəcədə düşdü
Almaniya kansleri Fridrx Mertsin reytinqi davamlı olaraq düşür və tarixi minimumlara enir.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Belə ki, ZDF-Politbarometerin apardığı son sorğuya görə, almanların yalnız 37%-i onun fəaliyyətini dəstəkləyir, 58%-i isə mənfi qiymətləndirir.
Bildirək ki, yanvar ayının ortalarından etibarən narazıların sayı 6 faiz bəndi artaraq Merts vəzifədə olduğu müddət ərzində ən aşağı göstəriciyə çatıb.
11:25 08.02.2026
Oxunuş sayı: 462