ABŞ Konqresi: İranın danışıqlar üçün vaxtı sürətlə tükənir
İranın danışıqlar üçün vaxtı sürətlə tükənir.
Crossmedia.az xəbər verir ki, ötən gün ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Brayan Mast Fox News telekanalına açıqlamasında bildirib ki, İran Vaşinqtonun son mövqelərinin ciddiliyini hələ də tam anlamır.
Mast vurğulayıb ki, Amerika üçün əsas prioritet diplomatik dialoqdur, lakin ABŞ və müttəfiqlərinə qarşı təhdidlər davam edərsə, hərbi əməliyyat seçimi də istisna edilmir. Onun sözlərinə görə, İranın danışıqlar imkanı ABŞ-nin “qırmızı xətlərinə” yaxınlaşdıqca sürətlə tükənir.
O, ABŞ-nin İranın nüvə, raket, pilotsuz aparat və proksi qüvvələr vasitəsilə təhdid yaratmasına yol verməyəcəyini bildirib. Son hadisələrə toxunan Mast, Vaşinqtonun xüsusilə İranın ballistik raket proqramının genişlənməsinə imkan verməyəcəyini qeyd edib.
10:08 08.02.2026
Oxunuş sayı: 429