Uitkoff və Kuşner Ərəb dənizindəki “Abraham Lincoln” aviadaşıyıcısında olublar
ABŞ Prezidenti Donald Trampın yaxın çevrəsinə daxil olan tanınmış siyasi fiqurlar – xüsusi nümayəndə Stiv Uitkoff və Ağ ev rəhbərinin kürəkəni, keçmiş Ağ Ev müşaviri Cared Kuşner Ərəb dənizində ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” aviadaşıyıcısında olublar.
Crossmedia.az xəbər verir ki, məlumata görə, səfər ABŞ-ın Yaxın Şərq və İran istiqamətində artan hərbi-siyasi fəallığı fonunda baş tutub.
Qeyd edək ki, son günlər Vaşinqtonun regionda hərbi mövcudluğunu gücləndirməsi, donanma qüvvələrini Fars körfəzi və Ərəb dənizi istiqamətində cəmləşdirməsi beynəlxalq mediada ciddi müzakirələrə səbəb olub.
09:41 08.02.2026
Oxunuş sayı: 434