İtaliyada sərt etirazlar davam etməkdədir
İtaliyada sərt etirazlar davam etməkdədir
Crossmedia.az xəbər verir ki, bu barədə "ANSA" xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Milanda Olimpiya Oyunlarına və tədbirdə ABŞ İmmiqrasiya və Gömrük Xidmətinin (ICE) nümayəndələrinin iştirakına qarşı keçirilən mitinq zamanı polislə onlarla etirazçı arasında toqquşma baş verib.
Məlumata görə, maskalı bir qrup şəxs polisə daş və tüstü bombası atmağa başladıqdan sonra hakimiyyət orqanları su şırnaqları və göz yaşartıcı qazla cavab verib. Toqquşmalar nəticəsində bir neçə nəfər saxlanılıb.
Qeyd edək ki, artıq etirazlar ardıcıl ikinci gündür ki, davam edir. Etirazlar əsasən ABŞ, İsrail və cümə axşamı mitinq iştirakçılarına qarşı sanksiyaları və cəzaları sərtləşdirən fərmanı təsdiqləyən İtaliya hökumətini hədəf alır.
09:10 08.02.2026
Oxunuş sayı: 402