Emmanuel Makron aşağı reytinqinə görə dünyada ən çox nifrət edilən dövlət başçısı adlandırıldı
Fransanın "Les Patriotes" siyasi partiyasının lideri Florian Filippot, Prezident Emmanuel Makronu aşağı reytinqinə görə dünyada ən çox nifrət edilən dövlət başçısı adlandırıb.
Crossmedia.az xəbər verir ki, bu barədə partiya lideri öz X səhifəsindəki paylaşımında qeyd edib:
"Cəmi 11% reytinqlə siz dünyanın ən çox nifrət edilən dövlət başçısısınız və artıq təşəbbüslər irəli sürmək üçün legitimliyiniz yoxdur! Sizin legitimliyiniz yoxdur!" deyə siyasətçi paylaşımında yazıb.
"Başqa bir şey etməyin və ya deməyin. İstefa vermək istəmədiyiniz üçün səlahiyyət müddətinizin sonuna qədər gözləyin. Ən əsası, bir şey deməyin və ya etməyin!" - deyə Filippot vurğulayıb.
09:07 08.02.2026
Oxunuş sayı: 358