Corca Meloni Olimpiya Oyunlarının açılış mərasimində yuxuya gedib
Olimpiya Oyunlarının açılış mərasimi zamanı İtaliyanın Baş naziri Corca Meloni qısa müddətə yuxuya getmiş vəziyyətdə kameralara tuş gəlib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Avropa mediasının diqqətini çəkib və bir neçə media orqanı bu anın fotolarını yayımlayıb.
Hadisənin sosial şəbəkələrdə sürətlə yayılmasının ardından bir çox izləyici Meloninin yorğunluğu və gərgin proqramı səbəbindən bu vəziyyətin baş verdiyini yazıb. Bəzi şərhçilər isə hadisəni zarafatla qarşılayaraq “mərasim çox uzandı” kimi qeydlər paylaşıb.
İtaliya hökuməti hadisə ilə bağlı rəsmi açıqlama verməsə də, Meloninin həmin gün çoxsaylı diplomatik görüşlər keçirdiyi bildirilir.
04:22 08.02.2026
Oxunuş sayı: 402