11 nəfər həşərat dərmanından ZƏHƏRLƏNDİ
Türkiyənin Konya şəhərində bir binanın birinci mərtəbəsində aparılan həşərat dərmanlamasından sonra binada yaşayan 11 nəfər zəhərlənib.
Crossmedia.az-ın türk mediasına istinadən verdiyi məlumata görə, dərmanlama işlərindən sonra binada kəskin qoxu və narahatlıq yaranıb. Zəhərlənmə əlamətləri hiss edən şəxslər dərhal tibbi yardım briqadalarına müraciət ediblər. Zərərçəkənlər xəstəxanaya çatdırılıb, onların vəziyyətinin nəzarət altında olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır, dərmanlamanın hansı maddələrlə və hansı qaydalara əsasən həyata keçirildiyi dəqiqləşdirilir. Yerli qurumlar sakinləri bu cür işlər zamanı təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.
02:44 08.02.2026
Oxunuş sayı: 392