İran Avropa İttifaqına xəbərdarlıq etdi
İran Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanıması ehtimalına sərt reaksiya verib. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bu gün keçirilən plenar iclasda bildirib ki, belə bir qərar qəbul olunarsa, Avropa ölkələrinin orduları da İran tərəfindən terrorçu qruplaşma kimi tanınacaq.
Bu barədə crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Qalibafın sözlərinə görə, “SEPAH-ın terror təşkilatı kimi bəyan edilməsinə qarşı əks tədbirlər haqqında” qanunun 7-ci maddəsi bu cür hallarda avtomatik mexanizmi nəzərdə tutur və Avropa dövlətlərinin silahlı qüvvələrinə də şamil ediləcək. O vurğulayıb ki, mümkün siyasi və hüquqi nəticələrə görə məsuliyyət birbaşa Avropa İttifaqının üzərində olacaq.
Parlament sədri çıxışında qeyd edib ki, bu məsələ İranın milli təhlükəsizliyi və suverenliyi ilə bağlıdır və Tehran öz maraqlarını qorumaq üçün bütün hüquqi addımları atacaq. Plenar iclas Qalibaf və millət vəkillərinin birlikdə səsləndirdiyi “Amerikaya ölüm olsun!” şüarı ilə başa çatıb.
13:17 01.02.2026
Oxunuş sayı: 808