Komitə əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi və Azərbaycan diasporunun üzvləri 20 Yanvar – Ümumxalq Hüzn Gününün 36-cı ildönümü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib.
Bu barədə Crossmedia.az-a Komitədən məlumat verilib.
Bildirilib ki, Komitə əməkdaşları ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Bu gün dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları xalqımızın azadlıq uğrunda mübarizəsinin və yenilməz iradəsinin rəmzinə çevrilən 20 Yanvar faciəsi ilə əlaqədar çoxsaylı tədbirlər keçirir, şəhidlərimizə minnətdarlıqlarını ifadə edirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimaiyyətinə Ümumxalq Hüzn Gününün mahiyyəti barədə ətraflı məlumat verirlər.
16:26 20.01.2026
Oxunuş sayı: 1193