Çin əhalisində fövqəladə azalma
Çinin əhalisi 2025-ci ildə ardıcıl dördüncü ildir ki, azalma qeydə alıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Rəsmi məlumatlara əsasən, ötən il ölkə əhalisi təxminən 3,39 milyon nəfər azalıb.
Demoqrafik geriləmə uzunmüddətli tendensiya kimi qiymətləndirilir. Birləşmiş Millətlər Təşkilatının 2022-ci il üçün açıqladığı proqnoza görə, hazırda təxminən 1,4 milyard olan Çin əhalisinin 2100-cü ilə qədər 1 milyard nəfərə enəcəyi gözlənilir.
Ekspertlər əhali azalmasının əsas səbəbləri kimi doğum səviyyəsinin aşağı düşməsini, yaşlanmanı və urbanizasiya proseslərini göstərirlər. Mövcud tendensiyanın ölkənin iqtisadi inkişafına və əmək bazarına uzunmüddətli təsir göstərə biləcəyi bildirilir.
18:24 19.01.2026
Oxunuş sayı: 1087