İran XİN-i Türkiyə ilə münasibətlərin istənilən səviyyədə olduğunu bildirib
İranın qonşu ölkələrlə, xüsusilə Türkiyə ilə münasibətləri istənilən səviyyədədir.
Crossmedia.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqai Tehranda keçirilən həftəlik mətbuat konfransında bildirib.
O, mediada yayılan mənfi məlumatların regional münasibətlərdə, xüsusilə İranın qonşu ölkələrlə əlaqələrində gərginlik yaratmağa yönəldiyini deyib.
Baqai ABŞ-nin ticarət tərəfdaşlarına təzyiq göstərərək onları İrana qarşı addımlar atmağa sövq etdiyini bildirib. Onun sözlərinə görə, Vaşinqton “iqtisadi müharibə”nin təsirini artırmaq və təzyiqi gücləndirmək üçün mediadan da istifadə edir.
18:09 14.09.2026
Oxunuş sayı: 55