Putin "Allahdan göndərilən lider" hesab olunub
Rusiya Pravoslav Kilsəsinin rəhbəri Patriarx Kirill Rusiya Prezidenti Vladimir Putini “pravoslav lider” adlandıraraq onun siyasi səhnəyə çıxmasını “Tanrının möcüzəsi” kimi qiymətləndirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Patriarxın sözlərinə görə, Putinin hakimiyyətə gəlişi Rusiyanın tarixində xüsusi ilahi məna daşıyır. Bu hadisə pravoslav dəyərlərin qorunması baxımından mühüm rol oynayıb.
Bu açıqlama Rusiya cəmiyyətində və beynəlxalq ictimaiyyətdə geniş rezonans doğurub.
Ekspertlər bunu kilsə ilə dövlət arasındakı ideoloji yaxınlığın növbəti açıq göstəricisi kimi dəyərləndirirlər.
17:50 19.01.2026
Oxunuş sayı: 1124