Şavkat Mirziyoyev: Qəzza üzrə Beynəlxalq Sülh Şurasına qoşulmağa hazırıq
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Beynəlxalq Sülh Şurası çərçivəsində Qəzza bölgəsində sülhün möhkəmləndirilməsi və münaqişələrin həllinə töhfə verməyə hazır olduğunu açıqlayıb. Bu barədə Prezidentin mətbuat katibi Şərzod Asadov məlumat verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, Özbəkistana ABŞ tərəfdən rəsmi dəvət gəlib və ölkə Sülh Şurasına təsisçi dövlət kimi qoşulmaq imkanı əldə edib. Prezident Mirziyoyev bu təşəbbüsün mühüm addım olduğunu vurğulayaraq, Qərb həmkarına göndərdiyi cavab məktubunda Özbəkistanın Sülh Şurasına təsisçi dövlət kimi qoşulmağa hazır olduğunu bildirib.
Mirziyoyev məktubunda bu təşəbbüsün uzunmüddətli münaqişələrin həllində, həmçinin geniş regionda sülh və sabitliyin təmin edilməsində vacib rol oynayacağını qeyd edib.
Qeyd olunur ki, bundan əvvəl Qazaxıstan Prezidenti Qasım-Comərd Tokayev də Qəzza üzrə Sülh Şurasının üzvü olmaq barədə razılıq vermişdi.
Sevinc Yarməmmədova
17:35 19.01.2026
Oxunuş sayı: 991