Polis hədə-qorxu ilə milyonlar qazanan dələduz şəbəkəsini ifşa edib
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən dələduz şəbəkəsinin sosial media üzərindən yüzlərlə kişini hədə-qorxu yolu ilə aldadaraq böyük məbləğdə pul ələ keçirdiyi müəyyən edilib. İlkin məlumata görə, qrup saxta qadın profilləri vasitəsilə kişilərlə əlaqə yaradıb.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir. Şəbəkə üzvləri yazışma zamanı cinsi məzmunlu mesajlaşma apararaq ölkə üzrə ümumilikdə 235 kişidən intim görüntülər əldə ediblər. Daha sonra həmin görüntülər vasitəsilə zərərçəkənlərə təzyiq göstərilib.
Araşdırmalar zamanı məlum olub ki, dələduzlar bir müddət sonra zərərçəkənlərə zəng edərək özlərini “vəkil” kimi təqdim edib, guya barələrində məhkəmə işi açıldığını bildirərək “barışdırma” vədi ilə pul tələb ediblər. Bu üsulla ümumilikdə 15 milyon türk lirəsi qazanc əldə edilib.
Hadisənin üzə çıxmasından sonra İzmir mərkəzli olmaqla 9 vilayətdə genişmiqyaslı əməliyyat keçirilib. Əməliyyat nəticəsində 15 nəfər saxlanılaraq həbs edilib.
Türkan Kərimli
17:13 19.01.2026
Oxunuş sayı: 1237