Tramp Davosda iş adamları ilə qapalı görüş keçirəcək
ABŞ Prezidenti Donald Tramp İsveçrənin Davos şəhərində keçiriləcək Dünya İqtisadi Forumu (WEF) çərçivəsində dünya biznes liderləri ilə qapalı görüş keçirəcək.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir. Gözlənilir ki, Trampın Davos səfəri yanvarın 21-də, çərşənbə günü baş tutacaq. Eyni gündə o, forumda xüsusi çıxış edəcək, çıxışdan sonra isə qəbul mərasimi təşkil olunacaq. Mərasimdə əsasən qlobal maliyyə, kripto və konsaltinq şirkətlərinin baş icraçı direktorlarının iştirakı gözlənilir.
Agentliyin məlumatına görə, ABŞ lideri ilə görüşə dəvətlər Ağ Evin tərəfindən göndərilib. Hələlik görüşün gündəliyi və iştirakçıların tam siyahısı açıqlanmayıb.
Sevinc Yarməmmədova
17:10 19.01.2026
Oxunuş sayı: 1047