Türkiyənin hakim partiyası terrorçulara xəbərdarlıq edib
Türkiyənin hakim partiyasının (AK Parti) sözçüsü Ömer Çelik bildirib ki, “terrorsuz Türkiyə” və “terrorsuz bölgə” anlayışları bir-biri ilə sıx bağlı proseslərdir və bunları ayrı-ayrılıqda qiymətləndirmək mümkün deyil. Onun sözlərinə görə, bu hədəflər eyni strateji xəttin tərkib hissəsidir.
Crossmedia.az xəbər verir ki, Ömer Çeliyin sözlərinə görə, SDG 10 Mart Mutabakatına əməl etməyərək Suriyadakı kürdləri və bütün Suriyanı hədəf alan “pislik layihəsinin” alətinə çevrilib və bununla da “terörsüz Türkiyə və terörsüz bölgə” məqsədinə sabotaj edib.
O vurğulayıb ki, SDG/PKK-nın “terrorsuz bölgə” hədəfinə qarşı yönəlmiş addımları və “Terrorsuz Türkiyə” məqsədini iflasa uğratmaq cəhdləri Suriya rəhbərliyinin terrorla mübarizə əməliyyatları nəticəsində qarşısı alınıb.
Çelik əlavə edib ki, SDG-nin alət olduğu və “Terrorsuz Türkiyə və terrorsuz bölgə” prinsipini hədəf alan “darbe cəhdi” dayandırılıb və bu mexanizm tamamilə təsirsiz hala gətirilib.
Türkan Kərimli
16:57 19.01.2026
Oxunuş sayı: 979