Azərbaycanda Ukrayna dilinin tədrisi imkanlarının genişləndirilməsi imkanları genişlənir - Ekspert danışdı
Azərbaycanla Ukrayna arasında təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi gündəmin əsas mövzularından biri olaraq diqqət mərkəzindədir. Bu çərçivədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə görüş keçirərək qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb. Görüş iki ölkə arasında humanitar əlaqələrin, xüsusilə də təhsil sahəsində institusional əməkdaşlığın inkişafına xidmət edir.
Müzakirələr zamanı tərəflər mövcud əməkdaşlıq mexanizmlərini dəyərləndirib, gələcək dövr üçün prioritet istiqamətləri müəyyənləşdiriblər. Diplomların qarşılıqlı tanınması, ikili diplom proqramlarının tətbiqi və Azərbaycanda Ukrayna dilinin tədrisi imkanlarının genişləndirilməsi kimi məsələlər görüşün əsas mövzuları sırasında yer alıb və 2025–2026-cı illəri əhatə edən perspektivlər nəzərdən keçirilib.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Adil Vəliyev Crossmedia.az-la öz fikirlərini bölüşüb: "Düşünürəm ki, daha çox beynəlxalq dərəcəli dillərin tədris olunması daha əhəmiyyətlidir. Bu dillərin tədrisi ilə biz bir neçə ölkəyə rahat şəkildə gedərək öz fikrimizi ifadə edə bilərik".
Elmir Heydərli
15:23 19.01.2026
Oxunuş sayı: 1337