Bu sözlər regionu silkələdi: Rubenyandan Bakı–Ankara mesajı
Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubenyan bildirib ki, Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesləri fərqlidir, lakin ölkələr eyni regionda yerləşdiyindən bu proseslər bir-birinə təsir göstərə bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. R. Rubenyan vurğulayıb ki, ümumilikdə hər iki istiqamətdə irəliləyiş müşahidə olunur və artıq bəzi nəticələr görünür: “Proseslər ümumilikdə pozitiv istiqamətdə gedir, biz artıq bəzi nəticələri görürük və gələcəkdə də görəcəyik”.
O, həmçinin regional əməkdaşlığın dərinləşməsinin, ticarət və nəqliyyat əlaqələrinin inkişafının bu münasibətlərə əlavə təkan verə biləcəyini qeyd edib. Rubenyan, Ermənistanın qonşu ölkələrlə dialoq və əməkdaşlıq yolunu davam etdirməyə hazır olduğunu bildirib.
Bu açıqlamalar, regionda davam edən diplomatik səylərin və normallaşma proseslərinin önəmini bir daha vurğulayır.
Sevinc Yarməmmədova
15:12 19.01.2026
Oxunuş sayı: 1088