Mirziyoyev: Özbəkistanın milli təhlükəsizlik sənədlərinə yenidən baxılmalıdır
Özbəkistan prezidenti Şavkat Mirziyoyev ölkənin təhlükəsizlik siyasəti ilə bağlı mühüm açıqlama verib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, Özbəkistanda 8 il əvvəl qəbul edilmiş müdafiə doktrinasına, eləcə də 1997-ci ilə aid Milli Təhlükəsizlik Konsepsiyasına yenidən baxmağın vaxtı çatıb.
Mirziyoyev bildirib ki, regional və qlobal təhlükəsizlik mühitində baş verən dəyişikliklər mövcud sənədlərin müasir çağırışlara uyğunlaşdırılmasını zəruri edir. Prezidentin fikrincə, yenilənmiş yanaşma ölkənin milli maraqlarının daha effektiv qorunmasına xidmət edəcək.
14:39 19.01.2026
Oxunuş sayı: 1105