Rusiyanın Novosibirsk vilayətində üç gün ərzində 97 əcnəbi ölkədən çıxarılıb
Rusiyanın Novosibirsk vilayətində miqrasiya qaydalarını pozan əcnəbilərə qarşı genişmiqyaslı tədbirlər həyata keçirilib. Son üç gün ərzində məhkəmə icraçıları tərəfindən ümumilikdə 97 xarici vətəndaş ölkə ərazisindən çıxarılıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Ölkədən deportasiya olunanlar arasında 41 nəfər Özbəkistan, 29 nəfər Tacikistan, 16 nəfər Qırğızıstan, 7 nəfər Azərbaycan və 4 nəfər Qazaxıstan vətəndaşı var. Bildirilir ki, bu şəxslər Rusiyada qalma və işləmə qaydalarını pozduqları üçün məsuliyyətə cəlb olunublar.
Yerli hakimiyyət orqanları qeyd edib ki, tədbirlər miqrasiya qanunvericiliyinə nəzarətin gücləndirilməsi məqsədi daşıyır və bu cür reydlər davamlı xarakter alacaq. Məlumata əsasən, deportasiya olunan şəxslərin bir qisminə ölkəyə giriş qadağası da tətbiq edilib.
Sevinc Yarməmmədova
14:30 19.01.2026
Oxunuş sayı: 1203