Ermənistan parlamentinin sədri Alen Simonyan Moskvaya rəsmi səfər etməyi planlaşdırır.
Crossmedia.az bu barədə Ermənistan mətbuatına istinadən xəbər verir.
Simonyan bildirib ki, o, ötən ilin iyununda İrəvana səfər etmiş Valentina Matviyenkodan cavab səfəri ilə bağlı dəvət alıb.
“Tarix hələ müəyyənləşdirilməyib, lakin Valentina Matviyenkodan Rusiyaya rəsmi səfərlə bağlı dəvət var”, – deyə Simonyan qeyd edib.
O əlavə edib ki, səfər çərçivəsində zərurət yaranarsa, rusiyalı həmkarları ilə Rusiya televiziya aparıcıları və digər tanınmış şəxslərin Ermənistan–Rusiya münasibətləri ilə bağlı səsləndirdiyi qalmaqallı bəyanatları da müzakirə edə bilər.
Bu kontekstdə Simonyana Vladimir Solovyovun postsovet məkanında bir sıra ölkə və regionlarda SVO-nun aparılmasına imkan verən açıqlamaları, eləcə də politoloq Aleksandr Duqinin bəyanatları ilə bağlı suallar ünvanlanıb.