İran rəsmisi: ABŞ ilə danışıqlar hazırkı şəraitdə mümkün deyil
İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin sədri İbrahim Əzizi bildirib ki, mövcud vəziyyətdə İran ilə ABŞ arasında danışıqlardan söhbət gedə bilməz.
Crossmedia.az bu barədə İran mediasına istinadən xəbər verir.
Əzizinin sözlərinə görə, indiyədək tərəflər arasında danışıqların beş raundu keçirilib. Lakin qarşı tərəf danışıqlar masasını faktiki olaraq döyüş meydanına çevirib.
O vurğulayıb ki, ABŞ İranın maraqlarına məhəl qoymayıb və öz şərtlərini diktə etməyə çalışıb. Bu səbəbdən hazırkı şəraitdə danışıqların mənasız olduğunu qeyd edib.
Kübra Musayeva
13:43 19.01.2026
Oxunuş sayı: 1867