Meta İranda “Instagram” məxfiliyini gücləndirdi
Meta şirkəti İranlı “Instagram” istifadəçilərinin təhlükəsizliyini qorumaq məqsədilə məxfiliyi artırıb. Şirkət artıq istifadəçilərin izləyicilərinin və izlədiklərinin siyahısını gizlədib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Bu addım, İran təhlükəsizlik orqanlarının “Instagram” hesablarının izləyiciləri və izlədikləri barədə məlumat əldə etməsi ilə bağlı xəbərlərdən sonra atılıb. Son aylarda, xüsusilə 12 günlük müharibədən sonra, məhkəmə orqanları bir çox vətəndaşa təhdid xarakterli SMS-lər göndərib və sosial mediada “İsrailə bağlı səhifələri” izləmək qadağan edilib.
Meta-nın qərarı, İranda sosial media istifadəçilərinin artan təzyiq və izlənmə riski fonunda onların təhlükəsizliyini artırmaq yönündə atılan addım kimi qiymətləndirilir.
23:39 18.01.2026
Oxunuş sayı: 1346