Almaniya kəşfiyyat missiyasını başa vurdu: hərbi qrup Qrenlandiyadan geri çəkildi
Almaniya kəşfiyyat missiyası çərçivəsində Qrenlandiyaya göndərilən 15 nəfərlik hərbi kəşfiyyat qrupu ölkəyə geri qaytarılıb. Alman mediasının məlumatına görə, yerləşdirmə prosesi təxminən 44 saat davam edib.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Alman Donanmasının admiralı Stefan Pauli bildirib ki, hərbçilər Qrenlandiyada dörd günlük missiyanı başa vurduqdan sonra bazar günü evlərinə dönüblər. Onun sözlərinə görə, missiya zamanı əldə olunan məlumatlar NATO-nun himayəsi altında mümkün “hərbi variantların” hazırlanmasına töhfə verəcək.
Admiral Pauli alman qüvvələrinin gələcəkdə yenidən Qrenlandiyaya qayıdacağını da istisna etməyib, lakin missiyanın vaxtı və miqyası hələlik açıqlanmayıb.
22:17 18.01.2026
Oxunuş sayı: 1101