Tramp Pakistanı Sülh Şurasına dəvət etdi
Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampdan Qəzza sektorunun idarə olunması üçün yaradılması nəzərdə tutulan Sülh Şurasında təmsil olunmaqla bağlı təklif alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, Pakistan BMT-nin müvafiq qətnamələrinə əsaslanaraq, Fələstin məsələsinin uzunmüddətli həllinə yönəlmiş Qəzzada sülh və təhlükəsizliyin təmin olunması istiqamətində beynəlxalq təşəbbüslərdə iştirakını davam etdirəcək.
18:25 18.01.2026
Oxunuş sayı: 1583