ABŞ nümayəndəsi Dəməşqdə Əhməd əl-Şaraa ilə görüşəcək
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak bu gün Dəməşqdə Suriya Prezidenti Əhməd əl-Şaraa ilə görüşəcək.
Crossmedia.az xarici mənbələrə istinadən xəbər verir ki, görüşə Suriya Demokratik Qüvvələrinin lideri Mazlum Abdi də dəvət olunub.
Məlumata görə, təmaslar Suriyadakı mövcud siyasi-təhlükəsizlik vəziyyəti və tərəflər arasında mümkün dialoq imkanları çərçivəsində keçiriləcək.
14:54 18.01.2026
Oxunuş sayı: 1483