İranlı diplomat İsveçrədən sığınacaq istəyib
BMT-nin Cenevrədəki Avropa qərargahında çalışan yüksək vəzifəli iranlı diplomat Əlirza Ceyrani Hökmbabad vəzifəsindən istefa verərək İsveçrə hakimiyyətindən sığınacaq istəyib.
Crossmedia.az “Iran International” istinadən xəbər verir ki, diplomat bu qərarı İranda artan siyasi etirazlar fonunda verib. Məlumata görə, Hökmbabad İslam Respublikasının Cenevrədəki BMT Avropa Qərargahında baş diplomat kimi, həmçinin bir neçə beynəlxalq təşkilatda daimi nümayəndənin müavini vəzifəsində çalışıb.
Bildirilir ki, o, ailəsi ilə birlikdə İsveçrə hökumətinə sığınacaq üçün rəsmi müraciət edib. Diplomatın bu addımı İrana qayıtmaq qorxusu, mümkün repressiyalar və ölkədə sistemin çökməsi ehtimalı ilə əsaslandırılır.
Mənbələr qeyd edirlər ki, bu hadisə İranda mövcud siyasi gərginliyin diplomatik korpusa da ciddi təsir göstərdiyini nümayiş etdirir.
14:35 18.01.2026
Oxunuş sayı: 1114